Over the course of many years, without making any great fuss about it, the authorities in New York disabled most of the control buttons that once operated pedestrian-crossing lights in the city. Computerised timers, they had decided, almost always worked better. By 2004, fewer than 750 of 3,250 such buttons remained functional. The city government did not, however, take the disabled buttons away—beckoning countless fingers to futile pressing.
Initially, the buttons survived because of the cost of removing them. But it turned out that even inoperative buttons serve a purpose. Pedestrians who press a button are less likely to cross before the green man appears, says Tal Oron-Gilad of Ben-Gurion University of the Negev, in Israel. Having studied behaviour at crossings, she notes that people more readily obey a system which purports to heed their input.
Inoperative buttons produce placebo effects of this sort because people like an impression of control over systems they are using, says Eytan Adar, an expert on human-computer interaction at the University of Michigan, Ann Arbor. Dr Adar notes that his students commonly design software with a clickable “save” button that has no role other than to reassure those users who are unaware that their keystrokes are saved automatically anyway. Think of it, he says, as a touch of benevolent deception to counter the inherent coldness of the machine world.
That is one view. But, at road crossings at least, placebo buttons may also have a darker side. Ralf Risser, head of FACTUM, a Viennese institute that studies psychological factors in traffic systems, reckons that pedestrians’ awareness of their existence, and consequent resentment at the deception, now outweighs the benefits. | Nyu-York şəhərinin hakimiyyət orqanları uzun illər boyunca məsələni çox da ictimailəşdirmədən şəhərdə bir vaxtlar piyada keçid işıqlarını idarə edən düymələri qeyri-aktiv edib. Onlar kompüterləşdirilmiş taymerlərin bu işin öhdəsindən daha yaxşı gəldiyinə qərar verib. 2004-cü ildə 3250 düymənin cəmi 750-si işlək vəziyyətdə idi. Bununla belə, şəhər hakimiyyəti qeyri-aktiv edilmiş düymələri yığışdırmırdı və beləcə saysız-hesabsız piyada belə düymələri boş yerə basmağa davam edirdi. Əvvəlcə, düymələrin saxlanılmasının səbəbi onların aradan qaldırılması ilə bağlı xərclər idi. Lakin zamanla məlum oldu ki, hətta işləməyən düymələr belə nəzərdə tutulduğu məqsədə xidmət edə bilərmiş. İsraildəki David Ben-Qurion adına Universitetin professoru Tal Oron-Qiladın sözlərinə görə, düyməni basan piyadaların yolu işıqforda yaşıl insan görünənə qədər keçməsi ehtimalı daha aşağıdır. O, insanların piyada keçidlərində davranışını araşdıraraq belə nəticəyə gəlib ki, insanlar onların rəyini nəzərə alan sistemlərə daha həvəslə riayət edirlər. İşləməyən düymələr məhz bu səbəbdən plasebo təsiri göstərir, çünki insanlar istifadə etdikləri sistemlər üzərində hakimiyyətə malik olduqları düşüncəsindən zövq alırlar, deyə Enn-Arbor şəhərində yerləşən Miçiqan Universitetinin professoru, insan və kompüter qarşılıqlı əlaqələri üzrə ekspert Eytan Adar bildirir. Doktor Adar qeyd edir ki, onun tələbələri proqram təminatı hazırlayarkən proqrama etdikləri hərəkətlərin istənilən halda avtomatik olaraq yadda saxlanmasından xəbərsiz olan istifadəçilərə əminlik qazandırmaqdan başqa bir funksiyası olmayan, kliklənən "yadda saxla" düyməsi əlavə edir. Onun sözlərinə görə, bu, sadəcə maşın dünyasına xas olan soyuqluqla mübarizə aparmaq üçün xoşniyyətli bir yalandır. Qeyd edilənlər bu mövzu ilə bağlı rəylərin sadəcə biridir. Lakin piyada keçidlərində plasebo təsirinə malik düymələrin mənfi tərəfləri də var. Nəqliyyat sistemlərində psixoloji amillərin təsirini araşdıran Vena təşkilatı FACTUM-un rəhbəri Ralf Risser hesab edir ki, piyadaların belə düymələrin varlığından xəbərdar olması və nəticədə bu yalana görə inciklik hiss etməsi onların faydalarını üstələyir. |